Azərbaycanlı ata-oğulun çiyin-çiyinə döyüşməsi Türkiyə mətbuatında gündəm oldu

GÜNDƏM 24 noy 2020, 12:14

Azərbaycan Ordusunun mayoru Çingiz Qəhrəmanov və oğlu Rəşad Qəhrəmanovun II Qarabağ müharibəsində eyni cəbhədə döyüşməsi Türkiyə mətbuatının gündəminə çevrilib.


Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyində bildirilib ki, bölgəyə yaxşı bələd olduğuna və müharibə təcrübəsinə malik olduğuna görə, Azərbaycan Ordusunun zabiti Çingiz Qəhrəmanov, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən ona gələn təklifi dərhal qəbul edib. Əslən Laçın rayonunun Səfiyan kəndindən olan Qəhrəmanov 1 gün ərzində 25 keçmiş döyüş yoldaşından ibarət qrup yaradaraq oğlunu da onların sırasına cəlb edib.


Qəhrəmanovlar, özlərinin aparıcı qüvvələri ilə irəlidə hərəkət edərək, arxadan gələn orduya öndərlik ediblər. Onlar Füzuli, Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində döyüşüblər.


Müharibə vaxtı xəfif yaralanan Çingiz Qəhərəmanov və oğlu Rəşad həm də 27 ildən sonra öz dogma torpaqları Laçına ayaq basan ilk azərbaycanlı olublar. Mayor Qəhrəmanov evlərini taparaq, bir gecə orada qalıb. 27 il əvvəl atasının məzarına gələrək bir də Laçına qayıdacağına söz verən zabit atasının məzarını ziyarət edərək, onun ruhuna Quran oxuduqlarını dilə gətirib.


Öz müsahibəsində müharibə qurtaran kimi geri çağırıldıqlarını deyən mayor, müharibədə oğluyla əsgər kimi davrandığını vurğulayıb. Ancaq hər dəfə düşmən tərəfindən açılan atəşin oğluna dəyməməsi üçün özünü onun üzərinə sipər edərkən atalıq hissinin irəli keçdiyini də diqqətə çatdırıb.


Rəşad Qəhrəmanov da müsahibə vaxtı atası ilə çiyin-çiyinə vuruşduğu və torpaqları işğaldan azad etdikləri üçün fəxr hissi keçirdiyini bildirib. Bəzən çətin anlar yaşadığını, hətta 2 saat müddətində minaatanlarla atəşə tutulduqlarını dilə gətirən Rəşad, babasının məzarını ziyarət etdikləri an keçirdiyi hissi təsəvvür etməkdə çətinlik çəkdiyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top