Siyasət

"Düşməni məcbur etdik ki, Ağdam rayonundan çəkilsin" — İlham Əliyev

Düşməni məcbur etdik ki, Ağdam rayonundan çəkilsin — İlham Əliyev

​Ağdam şəhərini və işğal altında olmuş rayonun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcburetdik ki, Ağdam rayonundan çəkilsin".

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdama səfərizaman deyib.

Prezident bildirib:

"Baxın, müdafiə xətti.Düşmənin Ağdam şəhərinə qədər bir neçə müdafiə xətti var idi. Bütün dünya görsün ki, vəhşi düşmən nə günə qoyub bizim kəndlərimizi. Hansı vəhşilərlə biz üz-üzə idik,hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də jurnalistləri, əcnəbi jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik".

Demokrat.az

D
demokrat.az