"Füzulinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir" — Türkiyə səfiri

SİYASƏT 22 noy 2020, 17:36

“Azərbaycan 30 il sonra öz torpaqlarının işğaldan azad etdi. Ermənilər burda hər şeyi dağıdıblar. Azərbaycan böyük bir qələbə qazanıb”.


“Report”un işğaldan azad edilmiş Füzuliyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.


Səfir deyib: “Azərbaycan möhkəm dayanıb və bundan sonra da bütün əraziləri bərpa edəcək. Bura həyat qayıdacaq və bu, Azərbaycanın ikinci böyük qələbəsi olacaq”.


“Füzuli şəhərinin dağıdılması Azərbaycana və Azərbaycan xalqına qarşı erməni vandalizminin və vəhşiliyinin bariz nümunəsidir”, - Türkiyənin Azərbaycandakı səfiri vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top