Qripə qarşı peyvəndin qeyri-adi xüsusiyyəti müəyyən edildi

MARAQLI 19 noy 2020, 11:29

Qrip peyvəndi ürək-damar xəstəliklərindən ölmə riskinizi azalda bilər.


“RİA Novosti”nin məlumatına görə, müvafiq press-reliz Amerika Kardiologiya Assosiasiyasının saytında dərc edilib.


Meta-analiz zamanı alimlər 237 mindən çox insanın məlumatlarını araşdırıblar. Məlum olub ki, qripə qarşı peyvənd vurdurmuş insanların ürək-damar xəstələrindən ölüm riski peyvənd almayanlarla müqayisədə 18 faiz aşağı olub.


Bundan əlavə, tədqiqatçıların fikrincə, digər xəstəliklərdən ölmə riski də 28 faiz azalıb.


Həmçinin, qripə qarşı peyvənd olunanların ürək problemləri ilə qarşılaşma riski 13 faiz az olub.


Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı qripə qarşı peyvəndin insanı COVID-19-dan qoruya bilməyəcəyi barədə xəbərdarlıq edib.


“Bununla belə, qrip infeksiyasının qarşısını almaq üçün hər il peyvənd vurdurmaq tövsiyə olunur”,  - deyə məlumatda bildirilib.(oxu.az)


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top