Lavrov həmsədrlərlə Qarabağdakı vəziyyəti müzakirə etdi

SİYASƏT 18 noyabr 2020, 21:31

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağda vəziyyətin həlli üçün səylərin əlaqələndirilməsi məsələsini müzakirə edib.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir. Görüşdə İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.


“Müşavirə zamanı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağ və ətrafındakı vəziyyət müzakirə olunub. Hər üç ölkənin gələcək vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib”, - deyə Rusiya XİN-in məlumatında deyilir. /“Qafqazinfo” 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top