Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov icra aparatının baş mühasibini və şöbənin aparıcı məsləhətçisini işdən çıxarıb.
Demokrat.Az icra hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, N.Bayramov bununla bağlı əmr imzalayıb. Belə ki, baş mühasib Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva işdən azad edilib.
Eyni zamanda icra başçısısının əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahova təyin olunub.