Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü

DÜNYA 13 noy 2020, 15:22

Ermənistanda daha 1 703 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 29 nəfər artaraq 1 697-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 440-a yüksəlib. İndiyədək 72 116 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 40 130 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top