Bakıda polis komendant saatını pozan sürücünü xəbərdarlıq atəşi ilə saxladı

HADİSƏ 12 noy 2020, 08:56

Bakıda sürücü komendant saatını pozub.


Bu barədə "Report"a Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.


Onun sözlərinə görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.


Belə ki, BMW markalı avtomobil “Koroğlu” metrostansiyası yaxınlığında komendant saatı ilə bağlı qurulan postda polisin “dayan” əmrinə tabe olmayıb. Bu səbəbdən polis avtomobilin təkərlərinə xəbərdarlıq atəş açmaq məcburiyyətində qalıb. Qaydanı pozan sürücü saxlanılıb və polis bölməsinə gətirilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top