"Paşinyan xalqdan ona görə inciyib ki, onun kabinetindən ətirini də götürüblər" — Afaq Bəşirqızı


ŞOU-BİZNES 10 noy 2020, 22:42

Xalq artisti Afaq Bəşirqızı Qarabağın alınması münasibətilə xalqı təbrik edib.

 

Demokrat.az xəbər verir ki, aktrisa Nikol Paşinyanın postunda təsadüfi adam olduğunu bildirib:

 

“Bütün Azərbaycan xalqını təbrik edirəm, hamımızın gözü aydın olsun! Bu həqiqətən böyük qələbədir. Paşinyan çox zəif adamdır, təcrübəsizdir. O, bu postda təsadüfi adam idi. Mitinqlərdə vəzifə, azadlıq istəyənlərin tayı idi. Paşinyanın aqibəti bundan sonra çox pis olacaq. Mən erməni, rus mətbuatını oxuyuram, bildiyiniz kimi axşam Ermənistanda Nazirlər Kabinetinə hücum oldu, çoxdandır üzləri görünməyən aparıcı rəhbərlər də üzə çıxıblar. Bundan sonra Paşinyan xalqından inciyib, deyib ki, mənim vətən qarşısında etdiklərimi hamınız qiymətləndirməlisiniz, mənim başqa çarəm yox  idi, ona görə də bəyananta qol çəkmişəm. Xalqdan ona görə inciyib ki, onun kabinetindən ətirini də götürüblər. Bu, o insanın nə qədər cılız olduğunun göstəricisidir. Onlar nə xarici görünüşlərinə, nə də daxilinə yaraşmayan iddialarda olan xalqdırlar”.

 

Sənətçi bundan sonra Azərbaycanın erməni xalqı ilə dost ola bilməyəcəyini deyib:

 

“Atalar deyir, qurdla dost ol, amma çomağı yerə qoyma. Bundan sonra bizimki onlarla alınan deyil, onlarla dostluq edən deyilik. Bu, siyasətdir. Bunu yalnız Ali Baş Komandan bilir, mən inanıram ki, biz bundan sonra da qalib gələcəyik. Amma Qarabağı necə çətinliklə aldıqsa, eləcə də saxlamalıyıq. Çünki ermənilərin iddiaları bitib tükənmir, Paşinyan öləcək, yerinə başqası gələcək. Özü də getdi sığındı Rusiyaya, amma bizim adi vətəndaşlar belə ölkədə müharibə gedə-gedə qırağa çıxmadı. Onlar hamısı boğazdan yuxarı danışan insanlardır. Yaddan çıxarmaq olmaz ki, bu ermənidir və onun arxasında dayanan da elə ermənipərəst gücdür! Yaşasın, qardaş, dayaq ölkə Türkiyə, Azərbaycan xalqı və Ali Baş Komandan İlham Əliyev! Bu şüarla davam edib, yumruğumuzu açmamlıyıq. Bu birliyimizi  heç kəs pozmasın, bilmədikləri şeyi söz demək xatirinə danışmasınlar, iş görsünlər”. (Yenisabah)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top