Prezident: "Sülhməramlılar mərkəzində Türkiyə və Rusiya zabitləri fəaliyyət göstərəcək"

GÜNDƏM 10 noy 2020, 09:48

“Bu bəyanatla yeni nəzarət mexanizmi tətbiq edilir. Sənədin 5-ci bəndində yazılır:
 

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.
 

Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev məlumat verib. 


O qeyd edib:
 

“Deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmə işində rol oynayacaqdır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top