“O yumruğun açılmasına imkan verməməliyik” — Afaq Bəşirqızı

ŞOU-BİZNES 09 noy 2020, 16:26

“Azərbaycan xalqını müqəddəs Bayraq günü münasibətilə təbrik edirəm. Bayrağımızın digər işğalda olan torpaqlarımızda dalğalanacağı günü gözləyirəm”

 
Demokrat.az xəbər verir ki, bunu Xalq artisti Afaq Bəşirqızı deyib.

 
“Xalqımızı Bayraq bayramı münasibəti ilə ürəkdən təbrik edirəm, bu gün bizim əsl bayramımızdır. Tezliklə, o şanlı bayrağımız işğalda olan digər torpaqlarımızda dalğalansın. Mən inanıram ki, İnşallah tezliklə müzəffər ordumuz və Ali Baş Komandanımızın əzmi ilə qələbə xəbərini alacağıq. Biz hər zaman bütün bayramlarımızda şəhidlərimizi, qəhrəmanlarımızı və qazilərimizi xüsusi yad etmişik. Allah şəhidlərimizə rəhmət etsin. Ali Baş Komandanın da qeyd etdiyi kimi bir millət olaraq, yumruq kimi birləşməyimiz bizi qalibiyyət yolunda əzmli addım atmağa kömək etdi. Bundan sonra da o yumruğun açılmasına imkan verməməliyik, çünki bunu etmək istəyən çox qüvvələr olacaq. Biz birlikdə güclüyük! Hər bir şəxs öz gücünə güvənməlidir. Həqiqətəndə, Azərbaycan qüdrətli bir dövlətdir. Azərbaycanlılar isə öz ərazilərini qorumaq iqtidarında olan çox güclü bir millətdir” – A.Bəşirqızı qeyd edib.(ölkə.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top