Şəhidin son sözləri hər kəsi duyğulandırdı: "Oğlumuza mənim adımı qoyarsan" — VİDEO

SOSİAL 05 noyabr 2020, 16:06

"Nə isə olsa, heç vaxt ağlamayın. İmkan verin rahat yatım mən".


Yeniavaz.com xəbər verir ki, bu sözləri Quba rayonunun Zizik kəndindən olan şəhidimiz Şahin Allahyarov şəhadətindən əvvəl öz arzularını telefonun yaddaşına köçürərkən deyib. Onun həyat yoldaşından istəyi isə belə olub: “Nəsə olsa, oğlumuza mənim adımı qoyarsan. Onlara deyərsən ki, atanız sizi çox istəyirdi, canından keçə biləcək qədər çox istəyirdi”.


Şəhid Şahin Allahyarov ata və anasına da müaciət edib və bildirib ki, hər zaman valideyinlərinin onunla fəxr etməsini istəyib.


Həmin kadrları təqdim edirik:

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top