Abşeronda növbəti reyd keçirildi — FOTOLAR

SOSİAL 29 okt 2020, 16:16

Abşeronda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.


Demokrat.az xəbər verir ki, Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri bu gün də davam etdirilib. 


Rayonun Xırdalan şəhəri də daxil olmaqla Masazır, Mehdiabad, Novxanı, Digah və Görədil kənd və qəsəbələrində reydlər keçirilib. Rayon icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb. 


Satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərdə yarana biləcək sıxlığın qarşısının alınması və istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb. Kafe və restoranlarda karantin rejiminin tələblərinə riayət olunması üçün sözügedən obyektlərə də baxış keçirilib. Aparılan monitorinqlər zamanı əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara ümumilikdə düzgün riayət edilməsi müşahidə olunub. 

 



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top