Ermənistana məxsus daha 3 PUA məhv edildi

GÜNDƏM 21 okt 2020, 16:26

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.


Bu barədə Demokrat.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.


Belə ki, PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1-i isə Tərtər istiqamətində vurulub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top