Azərbaycan millisinin ilk qələbəsi - Millətlər Liqası

İDMAN 12 oktyabr 2018, 00:44

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

 

Demokrat.Az-ın məlumatına görə, səfərdə Farer adaları yığması ilə qarşılaşan Azərbaycan, rəqibi üzərində 3:0 hesablı qalibiyyət əldə edib.

 

İlk hissəyə minimal üstünlüklə yollanan komandamız, növbəti 45 dəqiqədə iki top vurub. 


Qeyd edək ki, millimiz qələbə sayəsində üç turdan sonra turnir cədvəlində 5 xalla II pillədə qərarlaşıb. Turnir cədvəlinin lideri Kosovo yığmasıdır (7 xal).

 

UEFA MİLLƏTLƏR LİQASI 

III TUR 

D LİQASI - QRUP 3.


FARER ADALARI 0-3 AZƏRBAYCAN
Qollar: Riçard Almeyda, 28, 86 (pen.); Dmitri Nazarov, 67.

 

1. Kosovo - 7 xal
2. Azərbaycan - 5 xal
3. Farer adaları - 3 xal
4. Malta - 1 xal

 


Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top