Ronaldo bunu da bacardı

İDMAN 24 noyabr 2024, 09:15
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Demokrat.az xəbər verir ki, portuqaliyalı futbol tarixində fərqli rəqiblərə qarşı 200 qol vuran ilk oyunçu olub. 

O bunu Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Qadisiyyə”yə (1:2) qarşı oyunda vurduğu qolla bacarıb.

Ümumilikdə forvardın karyerasında vurduğu 911-ci qol olub.

Qeyd edək ki, 32-ci dəqiqədə meydan sahiblərinin ulduzu Ronaldo hesabı açıb. 37-ci dəqiqədə “Əl-Qadisiyyə”nin yarımmüdafiəçisi Xulian Kinyones hesabı bərabərləşdirib. İkinci hissənin əvvəlində hücumçu Pyer-Emerik Obameyanq matçda qonaqlara qələbə qazandıran qolun müəllifi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 noyabr 2024, 09:15
Top