Azərbaycanın FIFA referisi yeni təyinat aldı

İDMAN 22 noyabr 2024, 13:58
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Demokrat.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək "Şturm” (Avstriya) – "Jirona” (İspaniya) oyununun baş hakimi olacaq.

K.Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 27-də Avstriyanın Sankt Veit an der Qlan şəhərində yerləşən "Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 noyabr 2024, 17:21
22 noyabr 2024, 17:14
Top