Elçin Şıxlı: "Türkiyə və Azərbaycan arasında media platformasının yaradılmasının strateji əhəmiyyəti var"

GÜNDƏM 11 sen 2020, 09:57

"Türkiyə və Azərbaycan arasında media platformasının yaradılması strateji əhəmiyyətli qərardır". 


Demokrat.az xəbər verir ki, bu sözləri "Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı "Yeni TV"-nin canlı yayımında qonaq olarkən səsləndirib. 


Elçin Şıxlı bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əvvəllər də mövcud olan media platforması yalnız qəzetlər səviyyəsində idi:


"Ancaq indiki qərar dövlətlərarasında olan bir istəkdir. Bu qərarın böyük strateji əhəmiyyəti var. əslində, bu cür addımlar çoxdan atılmalı idi. Çünki Türkiyə mediası dünyada bizdən daha yaxşı tanınır. Azərbaycan bundan istifadə etməlidir. Çox təəssüf ki, indiyədək Türkiyə mediasının bu gücündən istifadə etməmişik. Gec də olsa bu cür qərarın qəbul edilməsi alqışlanmalıdır".

 

Açıklama yok.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top