Türkmənistan prezidentindən sərrast atış — VİDEO

MARAQLI 04 sentyabr 2020, 18:27

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun silahla sərrast atışının görüntüləri yayılıb.


“Turkmenistan seqodnya” agentliyi xəbər verir ki, Berdiməhəmmədov döyüş silahı ilə məharətini nümayiş etdirib.


O, Müdafiə Nazirliyinin və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə onların silahlardan istifadəsini şəxsən yoxlamaq üçün poliqona gəlib. Atışmanın nəticəsinə görə ölkə başçısı əsgər və zabitlərin döyüş hazırlığına daha çox diqqət yetirmələri barədə göstəriş verib.


Türkmənistan prezidenti təkcə bir repçi, yarışçı, diş həkimi və Türkmən Alabay haqqında kitabın müəllifi deyil, həm də sərrast bir atıcıdır. O, 1973-cü ildə atış üzrə Türkmənistan SSR-nin çempionu olub.(oxu.az)

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top