Ermənistanda koronavirusun nadir növü yayıldı

DÜNYA 27 iyl 2020, 09:41

Ermənistanda koronavirusa təkrar yoluxma qeydə alınıb.


Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.


Məlumata görə, Yerevan Dövlət Tibb Universitetinin tələbəsi Arsen Arutunyan koronavirusdan sağalmasından 40 gün sonra yenidən COVID-19-a yoluxduğunu bildirib.


“Koronavirusa yoluxmağımdan 40 gün sonra mənə yenidən COVID-19 diaqnozu qoyuldu. Lakin bu dəfə ikitərəfli infiltrativ pnevmoniya diaqnozu. Mənimlə təmasda olan hər kəsi bir neçə gün özünütəcriddə olmağa çağırıram. Mən özüm belə müddətdə təkrar yoluxmaya inana bilmirəm, amma nə varsa odur”, - o bildirib.


Qeyd edək ki, dünyada koronavirusa təkrar yoluxma hallarına olduqca az rast həlinir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl bəzi ölkələrə COVID-19-a təkrar yoluxma təhlükəsi ilə bağlı xəbərdarlıq edib.  


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top