Cüdo üzrə DÇ: Hidayət Heydərov bürünc medal qazandı

İDMAN 22 sen 2018, 18:05

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü yarış gününə start verilib.

 

73 kq-da dünya çempionluğuna namizədlərdən Hidayət Heydərov da mübarizəyə qoşulub. 

 

Dünya reytinqində IV sırada yer alan Hidayət isə ilk turda iraqlı Saccad Seheni, daha sonra Monteneqronu təmsil edən fransalı Sedrik Bessini ipponla məğlub edib. O, 1/8 finalda tacikistanlı Bəhruzi Xocazadəni qızıl xal hesabında məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

 

Hidayət 1/4 finalda digər Monqolustan təmsilçisi Odbayar Qanbaatarı vazari balı hesabına yenərək yarımfinala adlayıb. Yarımfinalda rəqibimiz yaponiyalı dünya çempionu və reytinqdə 1-ci olan Soiçi Haşimoto ilə üz-üzə gəlib. Əsas vaxt tərəflər xal qazanmadığından, görüşün taleyinə qızıl xalda (golden score) aydınlıq gəlib. Burada Hidayət rəqibinə ipponla məğlub olub. 

 

Bununla belə, təmsilçimiz bürünc medal şanslarını saxlayıb. Medal uğrunda döyüşdə gənc idmançımız Monqolustandan olan Tsoqtbaatar Tsend-Oçir üzərində vazari xalı ilə qalib gələrək, bürünc mükafata sahib çıxıb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top