Koronavirus pandemiyasının qurbanı olmuş vətəndaşların xatirəsinə 13 iyul tarixinin Qazaxıstan Respublikasında ümumxalq hüzn günü elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində dövlət bayrağı endirilib.
Bu barədə Demokrat.az-a səfirlikdən bildirilib.
“Səfirlik qardaş Qazaxıstan xalqına başsağlığı verir. Qardaş Qazaxıstan xalqı ilə həmrəyliyin əlaməti olaraq səfirlikdə dövlət bayrağı yarıyadək endirilib”, - diplomatik missiyadan vurğulanıb.