Naxçıvanda “Heydər Əliyev kuboku” uğrunda turnir keçirildi — FOTOLAR

İDMAN 11 may 2024, 13:36
Naxçıvanda voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə mayın 6-dan 10-dək davam edən birincilikdə 8 komanda mübarizə aparıb.

Muxtar respublikanın 100 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş turnirdə bu gün final oyunu və bağlanış mərasimi baş tutub.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan həlledici matçda “Naxçıvan” və “Sədərək” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən qarşılaşmada sədərəkli voleybolçular 2:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olublar. “Naxçıvan” ikinci, “Culfa”nı məğlub edən “Kəngərli” isə üçüncü olub. 

Qaliblərə diplom, medal və kubok təqdim olunub. Həmçinin yarışın rəmzi komandasında yer alan voleybolçulara fərdi mükafatlar verilib.

Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, təhsil naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və digərləri təqdim ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top