Deputat: “Ay vətəndaş incisən də, inciməsən də vəziyyət kritikdir”

GÜNDƏM 19 iyn 2020, 10:23

“Ay millət, ay vətəndaş incisən də, inciməsən də vəziyyət kritikdir, vahiməlidir, xəstəlik sürətlə yayılır, artıq səhiyyə sistemimiz də yüklənib, istirahətinizi unudun, evinizə qapanın, əlahiddə işiniz yoxdursa, rayonlara üz tutmayın, rayona 20-25 günlük qalmaq məqsədi ilə gedirsinizsə, bunu edin, ancaq 1-2 günün istirahəti üçün vallah, billah həyatınızı, həyatımızı risqə atmağa dəyməz”.

 
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 
“Bu millət heç vaxt öz faydasına olanı vaxtında görmədi, bilmədi, dönüb sonradan hamınız və hamımız peşmançılıq yaşayacağıq. Qaydalara əməl etməyənlərin bədəlini artıq məsuliyyətli vətəndaşlar ödəməyə başlayıb. Kənarda yola, yeməyə xərclədiyiniz vəsaiti azuqə alıb 14 günlük karantində vəziyyətdən çıxmağa çalışın, imkanınız daha artıqdırsa, imkanı aşağı olan qohumunuza, qonşunuza, dostunuza da azuqə ehtiyatı yaratmaqda yardım edin. Çevrəmizdə xəstələnən dostlarımızın ailələri pis durumda, təcili yardım artıq bu yükü qaldıra bilmir” – F.Mustafa qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top