Təqaüdçü qadın karantin rejimində mağazaya sürünərək getdi

DÜNYA 08 iyn 2020, 14:08

Rusiyanın Perm diyarında mağazaya sürünərək gedən qadının videosu yayılıb.


Demokrat.az xəbər verir ki, kadrlar “Podsluşano Çaykovskiy” “VKontakte” qrupunda dərc olunub.


Görüntülərdə video müəllifinin kömək təklif etdiyi görünür, ancaq qadın imtina edir. Bundan sonra o, könüllülərə müraciət etməsini təklif edir.


“Mən onları siyahı ilə göndərmişəm, ancaq istədiklərimi almırlar”, - deyə təqaüdçü bildirib.


Videonun qəhrəmanı Lyudmila Qavrilova mağazaya “sümüklərini qızışdırmaq” üçün getdiyini deyərək, “milçəkdən fil düzəltməmələrini” istəyib.


O bildirib ki, altı il əvvəl yıxılıb, bundan sonra o, hətta oturmaq imkanından məhrum olub. Son günlərdə isə qadın sol tərəfə dönərək qalxmağı öyrənib.


“Sürünə bilirəm, sürünürəm. Küçəyə çıxmışdım, hava yaxşı idi. Düşündüm ki, mağazaya qədər sürünə bilərəm”, - deyə qadın bildirib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top