Mingəçevirdə yaşayış evində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, hadisə 45 yaşlı Olqa Vladimirovanın rayondakı mənzilində qeydə alınıb. Şəhərin Dilarə Əliyeva 2 küçəsində yerləşən beşmərtəbəli binanın sonuncu mərtəbəsində ikiotaqlı evin bir otağı əşyaları ilə birgə yanıb.
Dərhal hadisə yerinə yanğından mühafizə briqadası cəlb olunub. Yanğın söndürülüb və digər otaqlara keçməsinin qarşısı alınıb.
Məlum olub ki, hadisəni evdə nəzarətsiz qalan azyaşlı uşaq törədib.(qafqazinfo.az)