Daşkəsən rayonunda az yaşlı piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Demokrat.az xəbər verir ki, hadisə rayonun girişindəki bayraq meydanı ərazisində qeydə alınıb.
Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yüsif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən "VAZ-21015" markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(report.az)