Bakıda zəncirvari qəza: Maşın beş avtomobilə çırpıldı — Ölən var

HADİSƏ 22 may 2020, 09:31

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az xəbər verir ki, qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb.


2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb. 


Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib.


Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 19:02
Top