Türkiyədə koronavirusdan sağalanların sayı 98 mini ötdü

DÜNYA 13 may 2020, 00:01

Türkiyədə son 24 saat ərzində daha 53 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

 

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 894 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 1 704 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 141 475 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 98 889 nəfər təşkil edir. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top