Peyvənd tapılmasa, qarşıdakı aylarda pandemiyaya yoluxmanın yenidən artacağının şahidi olacağıq. Peyvənd tapılmasa vəziyyət yenidən pisləşəcək.
Modern.az "Reuters" istinadla xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes mətbuat konfransında deyib.
O bildirib ki, yeni tip koronavirusa görə İspaniyada fövqəladə vəziyyət mayın 23-nə kimi uzadılacaq:
“Fövqəladə vəziyyətin tətbiq edilməsi düzgün addımdır. Bununla yaxşı nəticələr əldə edə bilirik. A planı fövqəladə vəziyyətdir, B planı isə yoxdur. Çünki kollektiv şəkildə qorunmağımıza imkan yaradan yeganə yol budur”.
Qeyd edək ki, İspaniyada koronavirusdan ölənlərin sayı 25 mini keçib.