Türkmənistanda dövlət işçilərinə saç boyama və manikür etmək qadağan olundu

DÜNYA 28 aprel 2020, 12:03

Aşqabaddakı büdcə qurumlarının vəzifəli şəxsləri və işçiləri “görünüş qaydaları”na riayət etməli olacaq.


Demokrat.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Türkmənistan xidməti məlumat yayıb.


Büdcə işçilərinə, o cümlədən məktəb və universitet müəllimlərinə saçları qaraltmaq, saxta kirpiklər taxmaq, qaş döymələri, manikür və pedikürlər etmək qadağan edilib.


“Məktəb iclaslarında yeni qadağaların səbəbləri barədə dəqiq bir izahat vermirlər. Ancaq bunu öz aralarında müzakirə edən vətəndaşlar milli adət-ənənələri ilə izah edirlər. Digər tərəfdən, qadınların fikrincə, hakimiyyət bununla da son zamanlarda qiymətləri çox artıran kosmetik xidmətlər sahəsinə təzyiq göstərmək istəyir” deyib.


Türkmənistan hakimiyyəti ilk dəfə deyil ki, ölkədə qadın görünüşünə təsir göstərir. 2018-ci ildə ölkədə parlaq makiyaj və manikür üçün cərimələr tətbiq olundu. Sonra qadınlar uzun paltarlar geyinməyə məcbur edildi.

 

Hakimiyyətin xarici görünüşü ilə bağlı tələblərindən respublika kişiləri də zərər gördü. 2020-ci ilin fevral ayında Türkmənistanın Lebap bölgəsində bütün dövlət işçilərinə ağ saçları boyamaq qadağan edildi.


Bundan əvvəl Türkmənistanda vətəndaşlara koronavirus və pandemiya haqqında danışmaq, jurnalistlərə hətta “koronavirus” sözünü işlətmək qadağan edilib.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top