Türkiyənin Ukraynaya hərbi yardıma qoşulmaq planları açıqlanıb

DÜNYA 05 iyun 2025, 18:43
Türkiyə Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatları koalisiyasına qoşulmaq istəyir.

Demokrat.az xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

Sprudsun məlumatına görə, dron koalisiyasında iştirak edən ölkələr 2025-ci ildə Ukraynaya dəstək üçün 2,75 milyard avro ayırmaq niyyətindədirlər. 

Onun sözlərinə görə, Ukraynaya pilotsuz uçuş aparatlarının tədarükü Latviya, Aİ və NATO-nun müdafiə sənayesini gücləndirəcək.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top