Trampın uğursuz zarafatı 30 amerikalını zəhərlədi — “Dezinfeksiya maddələri kornavirusu öldürür”

DÜNYA 27 apr 2020, 11:40

ABŞ prezidenti Tramp mətbuat konfrasında səsləndirdiyi uğursuz ifadələr az qala onlarla amerikalının həyatı bahasına başa gəlsin.


Demokrat.az bildirir ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı mətbuat konfransında deyib ki, dezinfeksiyaedici maddələr bir dəqiqə ərzində koronavirusu öldürür. “Bir yol vardırmı ki, onu bədənə aşılayaq və ya onunla ağ ciyərləri yuyub təmizləyək?”.


Amerika səhiyyə nazirliyinin rəsmiləri  və həkimlər  dərhal Trampın bu təklifini təhlükəli adlandıırıb və xalqa  müraciət edərək heç bir halda  bu cür metodları sınaqdan keçirməməyə çağırıb.


Buna baxmayaraq bu təklifi sınaqdan çıxaranlar olub.


ABŞ Səhiyyə Nazirliyinin Nyu-Yorkdakı infeksiyaya nəzarət mərkəzi bildirib ki, cümə axşamı günü səhər saat doqquzdan cümə günü saat 15-dək dezinfeksiya maddələri ilə zəhərlənmiş otuz nəfər xəstəxanaya müraciət edib.


Tramp cümə gün deyib ki, dezinfeksiyaedici maddələrdən istifadə ilə bağlı  təklifi bir zarafat olub. “Qardian” qəzeti yazıb ki, Ağ Ev  ABŞ prezidentinin gündəlik mətbuat konfranslarındakı iştirakını azaltmağı planlaşdırır.(azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top