İvanişvili oğlu ilə çəkdirdiyi TİK-TOK-a görə tənqid edildi — VİDEO

MARAQLI 22 aprel 2020, 18:38

Dünya koronavirus pandemiya ilə mübarizə apararkən “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili oğlu Bera ilə çəkdirdiyi TİK-TOK ölkədə ciddi narazılığa yol açıb.


Demokrat.az Gürcüstan mediasına istinadən xəbər verir ki, ölkə epidemiyanın pik nöqtəsində olduğu bir zamanda  Bidzina İvanişvili oğlu Bera ilə rəqs edə-edə əl və ayaqla görüşüblər. 


Gürcüstan mediası isə bu görüntünü Bidzina İvanişvilinin növbəti hiyləsi adlandırıb.  "Bu ilin fevralın əvvəlindən bəri mediadan gizlənən İvanişvili, artıq və daha az olmayan "kiçik hiylə" ilə Tik-Tokda göründü." başlığı ilə məqalələr dərc edilir. 


Həmçinin sosial şəbəkələrdə görüntü yayımlandıqdan sonra müxtəlif yumoristik musiqilərlə partiya sədrinin oğlu ilə videoları paylaşılır. (Unikal.org)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2025, 22:27
Top