Azərbaycanda yeni ovçuluq təsərrüfatları yaradılacaq

SOSİAL 27 mar 2020, 20:28

Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarlar təşkil ediləcək.

 

Demokrat.az xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsində öz əksini tapıb.

 

Belə ki, şəhərlərdə və Xəzər dənizinin sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etmək ETSN-in vəzifələri arasında yer alıb.

 

Həmçinin nazirlik balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura (o cümlədən dəniz akvakulturası (marikultura) əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görəcək.

 

Bundan başqa yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının yaradılması, respublika əhəmiyyətli ovçuluq təsərrüfatları istisna olmaqla ovçuluq təsərrüfatlarının aparılması məqsədilə ov yerlərini bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə vermək ETSN-in vəzifələri arasında yer alıb.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 dek 2020, 11:39
Top