Bu gün səhər saatlarından etibarən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın başlayıb.
Demokrat.az hadisə yerindən xəbər verir ki, yanğın nəticəsində bazar ətrafında tüstü dumanı yaranıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Elçin Rizvanoğlu