
Türkiyədən olan gənc bloger Ruhi Çenet bu həftə işğalçı Ermənistana səfər edərək, paytaxt İrəvanda videoçəkilişlər etməyə cəhd edib.
Demokrat.az xəbər verir ki, səfər zamanı Türkiyəli gənc erməni polislərin açıq təzyiqi üzləşib.
Ruhi Çenet turist olmasını deməsinə baxmayaraq, Ermənistan polisi onu Türkiyə vətəndaşı olduğu üçün saatlarla təqib və sorgu-sual edib.
Türk bloger İrəvan küçələrində Ermənistan vətəndaşlarına ermənilərin Xocalı soyqırımını törətməsi barədə suallar da verib.
İrəvan polisi Ruhi Çenetə çəkiliş aparmağa da icazə verməyib.
Türkiyəli blogerin İrəvan küçələrində gizli formada çəkiliş apardığı videonu təqdim edirik:

