![](https://demokrat.az/cdn/uploadedfiles/old/2020/11/23/aa7effa7-baa4-44c6-b268-dbb5113fd48d.jpg)
81 saylı Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov və digər şəxslərin müraciətinə baxılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında qurumun katibi Arifə Muxtarova məlumat verib.
O, müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsini təklif edib.
MSK müraciətlərin DSK-ya göndərilməsinə qərar verib.
Qeyd edək ki, bu dairədə YAP-ın namizədi Şahin İsmayılov lider namizəd elan olunub. Bundan başqa, 42 saylı Sumqayıt Seçki Dairəsi üzrə daxil olan müraciətlər də araşdırılması üçün DSK-ya göndərilib.
Bu dairədə lider namizəd Tahir Mirkişilidir.
Həmçinin 45 saylı Abşeron Seçki Dairəsi üzrə daxil olan şikayətlər araşdırılması üçün müvafiq dairəyə göndərilib. Burada lider namizəd Oqtay Əsədovdur.