Ukraynada 800-ə yaxın uşaq təxliyə edildi

DÜNYA 11 fevral 2025, 21:48
Ukraynanın Sumı vilayətinin səlahiyyətliləri 800-ə yaxın uşağı təxliyə edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə regionun hərbi administrasiyasının rəhbəri Vladimir Artyux məlumat verib.

O bildirib ki, icbari təxliyə tədbirləri çərçivəsində indiyədək rayonun ən təhlükəli ərazilərindən 777 uşaq çıxarılıb.

Yanvar ayında Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bütün uşaqların Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Donetsk Xalq Respublikasının Konstantinovka şəhərindən təxliyə edildiyini açıqlamışdı.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 fevral 2025, 23:55
Top