İllərdir baş verdiyi iddia edilən hadisələrlə adı hallanan Vanqanın gələcəklə bağlı proqnozları yenidən gündəmə gəlib. Onun tərəfdarlarının 2027-ci il üçün irəli sürdüyü iddia bəşəriyyətin gələcəyinə dair indiyədək ən qeyri-adi ssenarilərdən birinə işarə edir.
Demokrat.az xəbər verir ki, gələn il üçün irəli sürülən iddia bəşəriyyətin gələcəyi ilə bağlı ən qeyri-adi ssenarilərdən birini yenidən gündəmə gətirib. İllər əvvəl baş verdiyi iddia edilən hadisələrlə adı hallanan məşhur mistik Vanqanın tərəfdarları 2027-ci ildə baş verəcəyi irəli sürülən bir hadisənin bəzi insanları indiki vəziyyətindən tamamilə fərqli hala gətirəcəyinə inanırlar.
Gələn il nə dəyişəcək?
“Wio News”un yaydığı iddiaya görə, hadisənin mərkəzində mahiyyəti hələ tam məlum olmayan bir xəstəlik və ya təcrübə dayanır.
Tərəfdarların şərhlərinə əsasən, bu hadisə böyük bir insan qrupuna təsir göstərə bilər. Lakin ən təəccüblü nəticənin yalnız bir neçə şəxsdə ortaya çıxacağı bildirilir.
İddiaya görə, həmin şəxslər adi insanlardan fərqlənəcək “insanüstü xüsusiyyətlər” əldə edə bilərlər.
Başqa sözlə, illərdir fantastik filmlərdə təsvir olunan “super insan” ssenarisinin 2027-ci ildə reallığa çevrilə biləcəyi irəli sürülür.
“Super insanlar ortaya çıxacaq”
Bolqarıstanlı mistik Vanqanın tərəfdarları 2027-ci ilə aid olduğu iddia edilən bu qeyri-adi proqnozu yenidən gündəmə gətiriblər.
İddiaya görə, sirli bir xəstəlik və ya genetik təcrübə bəzi insanlarda insanüstü güclərin ortaya çıxmasına səbəb olacaq.
Lakin proqnozda bu güclərin konkret olaraq nədən ibarət olacağı barədə heç bir məlumat verilmir. Təsirə məruz qalan şəxslərin fiziki olaraq dəyişib-dəyişməyəcəyi, fövqəladə qabiliyyətlər əldə edib-etməyəcəyi və ya bu çevrilmənin necə baş verəcəyi məlum deyil.
Hətta xəstəlik və ya təcrübənin çoxsaylı insana təsir göstərəcəyi, lakin sözügedən “güclərin” yalnız kiçik bir qrupda meydana çıxacağı iddia edilir.
Hələlik bu ssenarinin necə reallaşacağı ilə bağlı məlum olan yeganə məqam iddianın 2027-ci ilə işarə etməsidir.
Vanqanın proqnozları həqiqətən doğrudurmu?
Vanqa illərdir dünyanın ən çox müzakirə olunan mistik simalarından biridir.
Tərəfdarları bolqar kahinin COVID-19 pandemiyasını, 11 sentyabr terror hücumlarını və şahzadə Diananın ölümünü illər əvvəlcədən proqnozlaşdırdığını iddia edirlər. Lakin bu iddialarla bağlı ciddi problem mövcuddur.
Vanqanın sözügedən hadisələri həqiqətən əvvəlcədən proqnozlaşdırdığını göstərən etibarlı və yoxlanıla bilən qeydlər yoxdur. 2027-ci ildə insanların insanüstü güclər əldə edəcəyi iddiası üçün də eyni vəziyyət keçərlidir.
Yəni ortada təsdiqlənmiş bir proqnozdan daha çox Vanqanın tərəfdarları tərəfindən ona aid edilən gələcək ssenarisi var.
“Şərqdən Qərbə yayılacaq”
Vanqaya aid edilən 2026-cı il proqnozlarında isə daha qaranlıq mənzərə təsvir olunurdu.
Tərəfdarların fikrincə, kahin bu il üçün yeni dünya müharibəsi, iqlim dəyişikliyi ilə əlaqəli böyük təbii fəlakətlər, texnologiyadan qaynaqlanan təhlükə və yadplanetlilərin ziyarətini proqnozlaşdırıb.
İddiaya görə, müharibə Şərqdə başlayacaq və Qərbə doğru yayılacaqdı.
Üstəlik, oxşar proqnoz yalnız Vanqaya aid edilmir. Fransız astroloq Nostradamusun da yeni dünya müharibəsi ilə bağlı proqnoz verdiyi irəli sürülür.
“Dünyanın ağası”
2026-cı il proqnozları arasında Rusiya Prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən iddia da var.
Vanqanın Putinin qlobal miqyasda böyük güc qazanacağını və sonda “dünyanın ağası”na çevriləcəyini proqnozlaşdırdığı irəli sürülür.
Lakin Rusiya-Ukrayna müharibəsi davam edərkən Putinin bu şəkildə daha böyük qlobal güc əldə etdiyini göstərən dəqiq bir inkişaf yoxdur.
Zəlzələlər və daşqınlar diqqət çəkdi
Təbii fəlakətlər isə 2026-cı il ərzində dünyanın müxtəlif bölgələrində gündəmin əsas mövzularından biri olub.
Venesuela, Kolumbiya, Yaponiya və İndoneziyada baş verən böyük zəlzələlər, avqust ayında isə Nepal və Tibetdə qeydə alınan dağıdıcı qəfil daşqınlar diqqət çəkib.
Vanqanın tərəfdarları bu hadisələri 2026-cı il üçün ona aid edilən təbii fəlakət proqnozları ilə əlaqələndiriblər.
Süni intellekt iddiası da gündəmdə
Texnologiya sahəsindəki inkişaflar da proqnoz müzakirələrinin başqa bir istiqamətini təşkil edib.
Süni intellektin dünya üzrə minlərlə insanın işini itirməsinə səbəb olması və qarşıdakı dövrdə daha çox ixtisarın baş verə biləcəyi ilə bağlı gözləntilər Vanqaya aid edilən texnologiya proqnozunu yenidən gündəmə gətirib.
Lakin 2026-cı il üçün irəli sürülən bəzi iddialar hələ gerçəkləşməyib. Bunların başında isə yadplanetlilərin ziyarəti gəlir.
Gözlər noyabr ayındadır
Vanqanın 2026-cı ildə yadplanetlilərlə bağlı da olduqca qeyri-adi proqnoz verdiyi iddia edilir.
Tərəfdarların fikrincə, bir idman tədbiri zamanı yadplanetlilərlə təmas baş verəcək və 2026-cı ilin noyabrında böyük kosmik gəmi Yer kürəsini ziyarət edəcək.
Bu səbəbdən proqnozun gerçəkləşib-gerçəkləşməyəcəyini görmək üçün hələ təxminən iki aylıq müddət var.
Üstəlik, oxşar yadplanetli proqnozunun 2025-ci il üçün də irəli sürülməsi bu iddiaların nə dərəcədə ciddi qəbul edilə biləcəyi ilə bağlı yeni suallar doğurur.
İndi növbə 2027-ci ildir
2026-cı il üçün irəli sürülən proqnozların bəzilərinin gerçəkləşdiyi iddia edilərək müzakirə edildiyi, bəzilərinin isə hələ gözlənildiyi bildirilir.
Lakin Vanqanın tərəfdarları artıq diqqətlərini növbəti ilə yönəldiblər.
Çünki 2027-ci il üçün irəli sürülən iddia digərlərindən daha qeyri-adidir. Əgər bu ssenari reallaşarsa, sirli bir xəstəlik və ya genetik təcrübə bəzi insanlarda insanüstü güclərin ortaya çıxmasına səbəb ola bilər.
Kimlərin dəyişəcəyi, neçə nəfərin təsirlənəcəyi, bu güclərin nədən ibarət olacağı və çevrilmənin necə baş verəcəyi isə tamamilə qeyri-müəyyəndir. Hazırda bununla bağlı nə elmi sübut, nə də təsdiqlənmiş proqnoz mövcuddur.
Jalə Demokrat.az

