“Samvud Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
İZİA-dan Demokrat.az-a bildirilib ki, investisiya dəyəri 8,2 milyon manat olan xüsusi növ faneraların istehsalı layihəsi çərçivəsində 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Demokrat.az

