Sosial

Cəmilə Qurbanova vəzifəsindən azad edildi — Özəl

Cəmilə Qurbanova vəzifəsindən azad edildi — Özəl

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.

Bu barədə Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindənDemokrat.az-ın sorğusuna cavab olaraq bildirib.

Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova 3 iyul tarixindən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.

Nazirliyin məlumatına görə, hazırda institut direktorunun vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə edilib.

Səhiyyə Nazirliyi vəzifədən azad olunmanın səbəbi ilə bağlı əlavə məlumat verməyib.

Demokrat.az

D
demokrat.az