"Mən onlara əvvəlkindən daha çox zərbə endirəcəyəm" — Tramp

DÜNYA 23 may 2026, 20:16
İranla razılaşma və ya hərbi əməliyyatların yenidən başlaması şansı 50-50-dir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios"a bildirib.

"Düşünürəm ki, iki şeydən biri baş verəcək: ya mən onlara əvvəlkindən daha çox zərbə endirəcəyəm, ya da yaxşı bir razılaşma əldə edəcəyik", - deyə o, bildirib.

Ağ Ev lideri eyni zamanda mayın 23-də danışıqlar qrupu ilə görüş keçirməyi və bazar günü İranla mümkün hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Tramp vitse-prezident Cey Di Vens , prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də görüşdə iştirak edəcəyini bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 22:59
Top