Kəramət Böyükçöl döyülməsindən yazdı

GÜNDƏM 16 may 2026, 11:52
Bir neçə gündür, sosial şəbəkələrdə 271 saylı orta məktəbdə bir şagirdin digərini döyərək videoya çəkib paylaşması müzakirə olunur.

Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, yazıçı Kəramət Böyükçöl sözügedən olayla bağlı fikirlərini bölüşüb.

Orta məktəbdə oxuyarkən özünün də döyüldüyünü xatırladan yazarın paylaşımını təqdim edirik:

"271 saylı orta məktəbdə təhsil alan bir şagird digər şagirdlərə qarşı fiziki zorakılıq etdiyi videoya baxdım. Özündən bir az zəif şagirdi basır yumruğun, şillə-təpiyin altına, döyür. Mənə çox pis təsir elədi. 

O uşağın təhsil ocağında belə bir hərəkət etməyinin hüquqi məsuliyyəti varmı, varsa nədən ibarətdir, bilmirəm. Amma elə xarakter var ki, həyat onu cəzasız qoymur. Həyat o yumruq atan uşağın da cəzasını verəcək. 

Yadıma gəlir, məni də məktəbdə elə döymüşdülər. Həmin döyən şagird 15 il sonra narkotikdən öldü. Özü də zarıya-zarıya, sürünə-sürünə, yerinə s*ça-s*ça, şalvarına iş*yə-iş*yə öldü".

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 14:35
Top