Tanınmış aktrisa Aslıhan Karaların Beykozda yaşadığı villada bu səhər saatlarında yanğın hadisəsi baş verib. Villanın damında naməlum səbəbdən başlayan yanğın qısa müddətdə bütün evi bürüyüb.
Demokrat.az xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları, polis və təcili yardım əməkdaşları cəlb olunub. Evin içini bürüyən tüstüdən çətinliklə xilas olan Aslıhan Karalar ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, aktrisanın həyatı üçün təhlükə yoxdur və səhhəti hazırda qənaətbəxşdir. Yanğın nəticəsində villanın damı tamamilə yararsız hala düşüb.
Polis hadisənin başvermə səbəblərini araşdırmağa başlayıb.







Aytən Demokrat.az


