Fazil Mustafa: “Yol nişanlama, xətləmə işləri, taksi xidməti və bu kimi məsələlər, doğrudan da, narahatedicidir”

GÜNDƏM 09 oktyabr 2025, 14:27
Milli Məclisin komitə sədri Fazil Mustafa “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) publik hüquqi şəxs və “STP-Btech” MMC arasında yol nişanlama və xətləmə işlərinə görə 45 milyonluq müqavilə imzalanması, AYNA-nın işləri həmişə sözügedən şirkətə tendersiz həvalə etməsi barədə müzakirələrə münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, yol nişanlama, xətləmə işləri, taksi xidməti və bu kimi məsələlər, doğrudan da, narahatedicidir.

“Bu sahədə həqiqi mənada nizamsızlıq mövcuddur. Ötən parlament iclasında bununla bağlı çıxışım oldu. AYNA-nı ayrı-ayrı müzakirələrdə kifayət qədər tənqid edirik. Deputatların problemlərə reaksiya verməməsi ilə bağlı iradları anlamıram. Deputatlar niyə susurlar? Sadəcə, hansısa sahəyə kimisə Milli Məclis təyin edib, yaxud azad etmir, bu qurum hesabatı bizə vermir. Vermirsə, biz nə edə bilərik? Hansısa qurumu müəyyən mənada yaxşı işləməyə sövq edə bilmərik. Vəzifəyə qoyublar, etimad göstəriblər. Ölkə Prezidenti vətəndaşın vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atır. Hər zaman deyirəm ki, məmur məsuliyyətsizliyi bu addımları müəyyən dərəcədə effektsiz vəziyyətə gətirir. Halbuki məsuliyyətlə davransalar, həm Prezidentin siyasətini cəmiyyətə normal çatdırarlar, onu təmin edərlər, həm də insanlar razı qalar. Problemin mahiyyəti budur”, - komitə sədri bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 17:36
Top