Balakəndə qəza — Xəsarət alanlar var

HADİSƏ 09 oktyabr 2025, 08:43
Balakəndə qəza olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qabaqçöl qəsəbə ərazisində baş verib.

Belə ki, Əliyev Şamil Hizbullah oğlu BMW markalı 77-UZ-779 dövlət qeydiyyat nişanlı minik avtomobillə hərəkətdə olarkən qəza törədib və avtomobildə yanğın olub.

Nəticədə avtomobilin sürücüsü və avtomobildə olan  sərnişinxəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yanğın söndürülüb. Avtomobilin mühərrik hissəsi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 10:38
Top