Qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kiloqram narkotik aşkarlandı

HADİSƏ 02 sentyabr 2025, 09:15
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Demokrat.az-a bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuşlar - İlkin İsmayılov, Elgin Rzayev və Elvin Quliyev şübhəli bilinərək saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana və 4 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər qabaqcadan əlbir olaraq İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotikləri gətirərək satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 12:35
Top