"Magistraturada yerlərin boş qalmasının bir neçə səbəbləri var".
Bunu Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib.
O, qeyd edib ki, ilk növbədə, 2020–2028-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alma imkanları genişləndirilib:
"Magistratura və doktorantura pilləsində gənclərin təhsili dəstəklənir. Lakin universitetlərin təklif etdiyi yerlərlə müraciət edən tələbələrin sayı arasında uyğunsuzluq müşahidə olunur; yəni təklif tələbata nisbətən yüksəkdir və bir sıra yerlər boş qalır".
Ekspert bildirib ki, digər səbəb gənclərin eyni zamanda müxtəlif proqramlar və təqaüdlərlə xaricdə magistratura təhsili almağa üstünlük verməsidir:
"Çox sayda tələbə hesab edir ki, bakalavr təhsilini Azərbaycanda, magistratura təhsilini isə xarici ölkələrdə almaq vacibdir.Dövlət Proqramı çərçivəsində hər il təxminən 500 nəfər gənc xaricdə təhsil imkanlarından faydalanır. Bu rəqəm keçən il də oxşar olub və göstərir ki, Azərbaycan ali təhsil müəssisələrində magistratura pilləsinə maraq nisbətən azdır".
Ekspertin sözlərinə görə, magistratura pilləsində boş yerlərin qalmasının əsas səbəbi həm təklif-tələb fərqi, həm də gənclərin xaricdə təhsil almağa üstünlük verməsidir.
Əfsanə Kamal
Demokrat.az