ABŞ və İran arasında qarşılıqlı casus dəyişdirilməsi baş tutub

HADİSƏ 07 dekabr 2019, 21:21

Vaşinqton və Tehran hökumətləri qarşılıqlı razılaşmasına əsasən bir-birinin casusunu azad edir. 


Demokrat.az xəbər verir ki, ABŞ həbs etdiyi iranlı alim Məsud Süleymaninin buraxması qarşılığında İran tərəfi casus ittihamı ilə saxladığı Çin əsili ABŞ vətəndaşı Xiyue Vanqı azad edəcək.


İran xarici işlər naziri Cavad Zərif deyib ki, 2016-cı ildə İranda həbs olunan Xiyue Vanq qısa müddətdə ölkəsinə qayıdacaq. 


Nazir əlavə edib ki, artıq ABŞ həbsxanasında saxlanılan iranlı alim Məsud Süleyman azadlığa buraxılıb. 


Qeyd edək ki, ABŞ və İranın qarşılıqlı casus dəyişdirməsinə İsveçrə hökuməti vasitəçilik edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 14:48
12 iyul 2025, 13:38
Top